Sosial şəbəkədə tanış olduğu İran vətəndaşına pul müqabilində narokuryerlik etməkdə şübhəli bilinən şəxsdən üç kiloqram heroin aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb.
Onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.
.