Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, martın 15-də saat 19 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində İran vətəndaşı Pormehrali İsmialinin idarə etdiyi “Howo” markalı yük avtomobili ilə Bakı şəhər sakini E.Əliyevin idarə etdiyi “QAZel” markalı mikroavtobus toqquşub. Nəticədə E.Əliyevin sərnişinləri Babaşah Qəribov, Qayıb Zeynalov və Məhəmməd Qaraşov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

.