İranın Türkiyə ilə sərhəd olan Salmas şəhəri yaxınlığında silahlı terrorçularla İran İslam İnqilabının Mühafizə Korpusunun döyüşçüləri arasında şiddətli atışma olub.
 
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bölgədəki sərhəd qüvvələrinə başçılıq edən Əlirza Madani 4 terrorçudan 1-nin məhv edildiyini deyib.
 
"Daha 1 terrorçu ələ keçirilib, 2-si isə Türkiyə ərazisinə qaçıblar”.
 
Əməliyyatın detalları açıqlanmır.
.