Noyabrın 9-da Təbrizdə ümumxalq etriaz mitinqi keçiriləcək. Səbəb İranın televiziyasının 2-ci kanalında türklərin təhqir edilməsidir.
Bu barədə azadliq.info-ya Güney Azərbaycandakı mənbələrdən məlumat daxil olub. Məlumatda deyilir ki, İran telekanalında hazırlanmış proqramların birində türklərin dişlərini tualet fırçası ilə yuduqları, buna görə də ağızlarından iy gəldiyi deyilib. Bu həqarət Güney Azərbaycan türklərini hiddətləndirib və Təbrizdə ümumxalq etirazının təşkilinə qərar verilib.
Məlumatda deyilir ki, aksiyanın 2006-cı il 22 may hadisəsi kimi tarixə düşəcək aksiya olacağı gözlənilir.
.
