İranda Təhlükəsizlik Xidmətinin onlarla əməkdaşı HAMAS lideri İsmayıl Haniyənin qətli ilə bağlı dindirilmək üçün saxlanılıb.


Bu barədə məlumat yerli mətbuatda yayılıb. Həbslərin təfərrüatları hələlik məlum deyil.


Qeyd edək ki, “Telegraph” nəşri yazıb ki, “MOSSAD” İsmayıl Haniyənin qətlini həyata keçirmək üçün İran daxilindəki agentlərindən istifadə edib. Bir qədər əvvəl adı çəkilən ölkənin rəsmiləri qanlı hadisənin məsuliyyətinin ABŞ və İsrailin üzərində olduğunu bildirib.

.