İranın Azərbaycandakı Səfirliyi prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Bu barədə İran Səfirliyinin rəsmi tvitter hesabında məlumat verilir.

Təbrik mesajında deyilir:

"İranın Azərbaycandakı Səfirliyi dost, qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, onun rəhbərliyi altında Azərbaycan xalqına isə rifah və səadət arzulayır!"

.