İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb

Bu barədə İranın yerli mediası məlumat yayıb.

Görüşdə may ayında keçirilməsi planlaşdırılan İran, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirlərinin dördtərəfli görüşü müzakirə olunub.

İranın səfiri və Putinin nümayəndəsi regionun sabitlik və təhlükəsizliyini gücləndirmək və müxtəlif tərəflərin baxışlarını yaxınlaşdırmaq üçün səyləri davam etdirmək üçün bu təşəbbüsün əhəmiyyətini vurğulayıblar.

.