İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirməyə hazırlaşırlar.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin baş komandanı kontr-admiral Şəhram İrani məlumat verib.

Onun sözlərinə görə, təlimlər İran təqvimi üzrə ilin sonunadək keçiriləcək (İranda yeni il martın 21-də başlayır - red.).

Ş.İrani əlavə edib ki, təlimlərdə iştirak üçün digər dövlətlərə də dəvət göndərilib.

.