İran, Rusiya və Çin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə birgə məktubda BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin başa çatdığını xatırladaraq vurğulayıblar ki, bu müddətin bitməsi ilə əlaqədar olaraq, AEBA-nın baş direktorunun qətnamə çərçivəsində yoxlama və nəzarətə dair hesabat vermə funksiyası da qüvvədən düşmüş sayılır.
Bu barədə İran mediası məlumat yayıb.
Qeyd edək ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi sözügedən qətnamənin 18 oktyabr tarixində öz qanuni qüvvəsini itirdiyini bəyan edib.
.
