İran ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına xidmət etmədiyini bildirib.

“Biz gərginliyi qızışdırmağı region ölkələrinin maraqlarına uyğun olduğunu düşünmürük, çünki regionda sülh və sabitlik iqtisadi inkişaf, ticarət əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu İslam Respublikasının prinsipial siyasətidir. Bu yanaşmadan kənar hər hansı yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmağı qəbul etmirik”.
 

.