İran parlamentində ABŞ bayrağı və Hərtərəfli Birgə Fəaliyyət Planı üzrəsənəd rəsmi Vaşinqtonun nüvə razılaşmasından çıxmasına etiraz olaraq yandırılıb.
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, hadisə İslami Şura Məclisininiclasının açılışında baş verib.
İran parlamentinin bir neçə deputatı ölkə rəhbərliyiniABŞ-ın bu qərarına cavab verməyə çağırıblar.
