İran ordusu Qətər sahillərində neft tankerini hədəf alıb.

Bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tanker üç ədəd qanadlı raketlə hədəf alınıb.

“İki raket zərərsizləşdirilib, üçüncüsü isə “Qatar Energy” şirkətinə icarəyə verilmiş tankeri vurub”, - Qətər MN-dən bildirilib.

Tankerdəki 21 nəfərlin heyətin təxliyə edildiyi və xəsarət alanların olmadığı qeyd olunub.

.