“İran İsfahan səması üzərində vurulan pilotsuz uçuş aparatlarını sınaq məqsədilə buraxıb”.

Bunu “X” hesabında ölkənin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəsmi nümayəndəsi Hüseyn Daliriyan yazıb.

O, əlavə edib ki, yaxınmənzilli xarakterə malik olduğundan bu qurğuların digər ölkələrin ərazisindən göndərilməsi ehtimalı azdır.

Bu xəbəri həmçinin, İranın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Əmir Mihandustun açıqlaması da təsdiqləyib. Generalın sözlərinə görə, İsfahan yaxınlığındakı 8-ci aviabazada yerləşdirilən hava hücumundan müdafiə sistemləri məhz bu səbəbdən işə düşüb.

Qeyd edək ki, hazırda bölgədə vəziyyətin sabit olduğu, hər hansı insidentin baş vermədiyi açıqlanıb.

.