Dünya enerji bazarlarında neftin qiyməti 80 dollara yaxınlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 2,08% və ya 1,48 ABŞ dolları artaraq 72,71 ABŞ dollarına yüksəlib.

Londonun ICE birjasında isə Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,59% və ya 2,01 ABŞ dolları artaraq 79,75 ABŞ dollarına çatıb.

Qiymət artımı Yaxın Şərqdə artan geosiyasi gərginlik, xüsusilə İran ətrafında hərbi eskalasiya və Hörmüz boğazı ilə bağlı risklərin yüksəlməsi fonunda bazarda təchizatla bağlı narahatlıqların artması ilə izah olunur. Treyderlər mümkün tədarük pozuntularını qiymətlərə daxil etməyə davam edir.

.