İran ABŞ-nin İraqın Ərbil şəhərindəki hərbi infrastrukturunun tamamilə məhv edildiyini açıqlayıb.
"Tasnim" agnetliyi xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib.
O qeyd edib ki, hədəfə alınan Amerika bazalarının böyük hissəsi effektiv əməliyyat qabiliyyətini itirib:
"ABŞ-nin İraqın Ərbil şəhərindəki infrastrukturu, demək olar, tamamilə məhv edilib".
ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Tehranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək İrana genişmiqyaslı zərbələri bərpa edib. İran isə yenidən ABŞ-nin region ölkələrindəki hərbi infrastrukturunu hədəf alıb.
.
