![](/uploads/img/posts/2024/02/01/scale_1200jpeg-1706782890.jpeg)
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili rəsmi olaraq hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri olub.
Yenizaman “Sputnik Gerogia”ya istinadən xəbər verir ki, fevralın 1-də partiyanın növbədənkənar 8-ci qurultayı yekdilliklə bu barədə qərar qəbul edib.
Qeyd edək ki, İrakli Qaribaşvili bu il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verib.
.