Bu gün tanınmış jurnalist İradə İsaqla həmkarı Yaşar İsakov ailə həyatı qurur.
AzNews.az xəbər verir ki, toy günü ilə bağlı feysbuk sosial şəbəkəsində paylaşım edən İradə İsak gələcək həyat yoldaşına öz arzularını çatdırıb:
"Bu günü yaradan ömrümə həm doğum, həm düyün günü kimi yazıbmış. Qismətimdəki bəy isə nə gizlədim çox "kapriz”imə dözüb. Mənim kimi müşkül adama evlənmək təklif etmək özü böyük sevgidən xəbər verir. Bu gündə bir dəfə anam məni bu işıqlı dünyaya gətirmişdi. İkinci baharı bu gündə mənə sən bəxş etmək istədin. İnşallah gözəl, mənalı günlər ömrümüzə yazılar, Yaşar İsakov. Adın kimi xoş günlər yaşadarıq bir-birimizə. Tanrı sevənlərimizi qorusun. Hər an dostlar, doğmalarla, qohumlar, əzizlərlə gözəldir”.
