Mayın 26-da, saat 10:00-da iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İsmayıllı şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti, 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Yenizaman bu barədə nazirliyə istinadən xəbər verir.
Qəbula gəlmək istəyənlər qurumun rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və yaxud "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
.