Ermənistan, Fransa və Azərbaycanın mövqeyinə zidd siyasət yürüdən ölkələrin yaratdığı təhlükə ilə mübarizə aparmaq üçün Azərbaycan güclü beynəlxalq koalisiya formalaşdırmalıdır.

Bunu jurnalistlərə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

İqor Korotçenko bildirib ki, müasir dünyanın ədalətə ehtiyacı var: “Hesab edirəm ki, istər Qoşulmama Hərəkatı, Qlobal Cənub və MDB ölkələrinin əksəriyyəti Azərbaycanın ədalət uğrunda mübarizəsini dəstəkləyir və bu dəstək davam edəcək".

.