Bərdə rayonunda meyiti aşkar edilən xanəndələrin ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

Azvision.az verdiyi məlumata görə, iyulun 31-də Miryusif Mirizadə həmkarı Novruz Hüseynovun evində qonaq olub.

İlkin araşdırma zamanı N. Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib.

Törətdiyi hadisəni ört-basdır etmək istəyən Hüseynov bu məqsədlə həmkarının olduğu avtomobili ağaclara çırparaq aşırıb. Bununla xanəndənin qəzada ölməsinə dair görüntü yaratmağa cəhd edib. Lakin törətdiyi qətlin üstünün açılacağından qorxan Hüseynov özünü Qarabağ kanalına ataraq intihar edib. Onu intihardan öncə kanalın yaxınlığında olan çoban görüb. Kimliyi açıqlanmayan çobanın sakinlərə dediyinə görə, N.Hüseynov törətdiyi qanlı cinayətdən dəhşətə gələrək "Ay Allah, mən nə etdim?" deyərək qışqırıb.

Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparır.


****

Xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümünün dəhşətli təfərrüatı məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Miryusif Mirizadəni xanəndə Novruz Hüseynov qardaşı ilə birlikdə öldürüb. Sonra isə maşını aşıraraq qəza baş verməsi təəssüratını yaratmağa çalışıblar.

Məlumata görə, bir müddət əvvəl maşın alan Novruz Hüseynov Miryusifə sürücülük vəsiqəsi olmadığından onu yeni maşını Ağcəbədiyə aparmasını istəyib. Müsabiqə yoldaşı olduğuna görə də Miryusif Novruzun sözünü yerə salmayıb. Gecə saatlarında Miryusiflə Novruz arasında mübahisə yaranıb. Bu zaman Novruz Hüseynov və qardaşı Miryusifə 14 bıçaq zərbəsi vuraraq öldürüblər. Miryusif öləndən sonra onu maşına qoyublar, yolda maşını aşırıblar. Daha sonra Novruz Hüseynov özünü kanala atıb.

Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən "Mercedes" maraklı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanlıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi olan, N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanlında yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
.