"İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub.
1970-ci il təvəllüdlü Səyyaf Əkbər oğlu Tağıyev Qazaxıstandan Azərbaycana ekstradisiya olunub.
Qeyd edək ki, S.Tağıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və o, axtarışa verilmişdi.
