Aramsız yağan yağışlar nəticəsində Lənkəran-Astara rayonlarında yaranan izafi sular həm də əkin sahələrinə və torpağın münbitliyinə təsirsiz ötüşmür. Sahələrdə işin dayanması payızlıq taxılın həm də bəzi tərəvəz bitkiləri əkininin yubanmasına səbəb ola bilərYenizaman.az ARB Cənub regional televiziyasına istinadən bildirir ki, Hazırki dövr payızlıq taxıl əkini üçün optimal dövr sayılsa da Lənkəran – Astara rayonlarında yağan aramsız yağışlar təsərrüfatçıların iş aparmasına mane olur. Artıq iki həftədən çoxdur ki, şumlama işi də dayanıb. Hətta bəzi texnikalar sahələrdə palçığa batıb qalıb. Fermerlər yağışlı havaların hələ bir neçə gün də bu cür davam edəcəyindən narahatdır.Taxılla yanaşı intensiv yağışlar artıq əkilmiş kələm,çiyələk və hələ əkilməsi yubanan sarımsaq sahələri üçün də ziyanlı hesab edilir.Mütəxəssislər də bu cür havanın əkinin vaxtını yubatmaqla, toprağın münbitliyinə mənfi təsir göstərdiyini bildirir.Fermerlər bildirir ki, aramsız yağan yağışla yanaşı, təmizlənməmiş kanallar da onlarçün çətinlik törədir. Axmayan su daşaraq sahələrə dolur. Bu səbəbdən də hazırki ərəfədə sözügedən kanalların təmizlənməsi əkin keçirən fermerlərin işini xeyli asanlaşdırardı.
.
