Avropa çempionatının final oyununda penalti zərbələrindən fərqlənə bilməyən İngiltərə millisinin afro-amerikalı oyunçuları sosial şəbəkələrdə irqi ayrıseçkilik xarakterli təhqirlərə məruz qalıb.
Bu barədə “Times” nəşrinin jurnalisti Harri Vinter yazıb.
“Ceydon Sanço, Bukayo Saka və Markus Reşford sosial şəbəkələrdə irqi zorakılığa məruz qalıblar. Buna görə İngiltərə millisinin oyunçuları BLM (Black Lives Matter) cərəyanı çərçivəsində diz çökməyə davam edəcəklər”, - deyə jurnalist bildirib.