İngiltərə futbolunda yeni mövsümdən etibarən diskriminasiya hallarına görə futbolçulara və məşqçilərə 10 oyunluq cəza veriləcək.
BBC xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) mövsümün başlamasından əvvəl matç iştirakçılarının ağırlaşdırıcı qayda pozuntularına görə sanksiyaları sərtləşdirib.
Qərar etnik mənşə, dəri rəngi, irq, milliyyət, din və ya əqidə, cins, cinsi orientasiya və əlilliklə bağlı hər hansı birbaşa və ya dolayısı ilə diskriminasiya hallarını əhatə edir.
Tənzimləyici komissiyalar belə hallarda minimum 10 matçlıq standart diskvalifikasiya tətbiq edəcəklər. Ağırlaşdırıcı hallar olduqda cəza müddəti daha da artırıla bilər. Yüngülləşdirici amillər nəzərə alındıqda isə cəza 6 oyundan az olmamaq şərtilə azaldıla bilər.
Analoji qayda pozuntusunun təkrarı zamanı isə daha ağır sanksiyaların nəzərdə tutulduğu bildirilib.
.
