"Yoluxma hallarının artması delta ştamı ilə bağlıdır. Bu ştamda yoluxdurma qabiliyyəti alfa ştamına nisbətən orta hesabla 30-50 faiz çoxdur. Delta variantında yoluxuculuq yüksəkdirsə, deməli ölüm halları da yüksəkdir. Sadə təhlil apararaq görərik ki, COVID-19 infesiyasında ölüm halları 4-5 faiz hallarda olurdusa, delta ştamında bu, 10-12 faiz arasında dəyişir. Yəni ötən ilki rəqəmləri bu illə müqayisə edəndə görürük ki, ölüm halları təxminən 2 dəfə artıb".

Bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, hələ də virusu ciddiyə almayan insanlar var: “Yayda karantin qaydaları yumşaldılandan sonra insanlar COVID-19-un varlığını unutdular. Qapalı yerlərdə maskasız, toylarda 50 nəfərlik adı ilə 200-300 nəfər iştirak halları yoluxmaları artırdı. İndi bir az COVID pasportuna görə vaksin olunanların sayında artım var. Hesab edirəm ki, hələ 20 gün,1 ay müddətinə yoluxma yüksək göstəricilərlə davam edəcək. Ondan sonra nisbətən səngiməsi müşahidə ediləcək. Buna görə insanlar vaksinasiya olunmalıdırlar, çünki xəstəliyin qarşısının alınamasında vaksinasiya birinci yerdə dayanır”.

.