İndoneziyada iki qatar toqquşub.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 84 nəfər yaralanıb.

Xilasetmə xidmətləri dağıntılar altında qalan insanların çıxarılması üzrə əməliyyatı yekunlaşdırıb.

Hadisənin səbəbləri açıqlanmır.

.