İndoneziya sahillərində 6,5 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Mərkəzin məlumatına əsasən, təbii hadisənin episentri 101 min nəfərin yaşadığı Ternate şəhərindən 325 km şimal-qərbdə, ocağı 54 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

.