Qərbi İndoneziyada çox sayda insan itkisi ilə nəticələnən zəlzələ baş verib. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, maqnitudası 6,5 bal gücündə olan zəlzələ Sumatra adası yaxınlığında qeydə alınıb. Yeraltı təkanların qurbanlarının sayı 20 nəfərə çatıb. 

Dağıntılar altında onlarla insan qalıb. Yerin mürəkkəb landşaftı xilasetmə işlərinə mane olur.

Pidicaya xəstəxanaları yaralı insanlarla dolub. İnsanların bir qismi qonşu rayonlara göndərilib. Təkcə Çik Ditiro adına xəstəxanaya yüzlərlə yaralı daxil olub. 

Yenizaman.az

.