Cümə axşamı İndoneziyanın Ambon adasından 402 km. cənub-şərqdə, Banda dənizində 6,0 maqnituda gücündə zəlzələ baş verib.
Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların ocağı 162 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
.
