İndoneziya BMT sülhməramlıları üçün təhlükəsizlik zəmanəti tələb edib
Rəsmi Cakarta Livanda İndoneziya əsgərlərinin öldürülməsindən sonra bütün BMT sülhməramlılarının təhlükəsizliyini tələb edib.
Bu barədə İndoneziya xarici işlər naziri Sugiono danışıb.
Nazir vurğulayıb ki, Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrində (UNIFIL) xidmət edən İndoneziya qoşunları döyüş üçün təchiz olunmayıb:
"Onların təlimi və avadanlıqları sülhü təmin etmək üçün deyil, onu qorumaq üçün nəzərdə tutulub. Sülhməramlılar üçün təhlükəsizlik zəmanətləri olmalıdır, çünki onlar sülhü qoruyurlar".
Diplomat həmçinin BMT-ni bütün missiya yerləşmə ərazilərində, xüsusən də Livanda təhlükəsizlik prosedurlarının hərtərəfli yenidən qiymətləndirilməsini aparmağa çağırıb.
.
