Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakiyev 1 600 dollar rüşvət verərkən tutulub.
"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin Dövlət İstintaq İdarəsindən bildirilib.
"Çakiyev əməkdaşlarımızdan birinə 92 min som (1,6 min dollara yaxın - red.) rüşvət verməyə cəhd edərkən tutulub" - idarədən bildirilib.
M.Çakiyev Qırğızıstan paytaxtı Bişkekdəki təcridxanada saxlanılır. 38 yaşlı Maksat Çakiyev həm də nazirliyin turzm idarəsinin direktorudur.

.