İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

"Report”un Aran bürosu xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. Zəhərlənən fəhlələr İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

.