İmişlidə həmkəndlisini güllələyən Çaxırlı kənd sakini Yadigar Cəfərovun oğlu qəza törədib.

Hadisə İmişli rayonunun Çaxırlı kəndində baş verib.

Çaxırlı kənd sakini, 2003-cü il təvəllüdlü Cəfərzadə Əkbər Yadigar oğlu “Mercedes” markalı avtomobili daş divara çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər Çaxırlı kənd sakinləri, 1990-cı il təvəllüdlü Əbilov Səcdat Əsədulla oğlu və 1997-ci il təvəllüdlü Ağazadə Xəyal Vasif oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Qəzaya səbəb bir müddət əvvəl münaqişə zəminində baş verən hadisə olub. Belə ki, sürücünün atası Cəfərov Yadigar münaqişə zəminində həmkəndlisinə ov tüfəngindən atəş açaraq yaralayıb. Bundan təsirlənən Ə.Cəfarzadə əsəbi vəziyyətdə avtomobili idarə edərkən qəza törədib.
Faktla bağlı araşdırma aparılır.

.