İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib.

İmişli rayon xəstəxanasından verilən məlumatına görə, İmişli şəhər sakini 2010-cu il təvəllüdlü (11 yaşlı) məktəblinin nənəsi İmişli rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın ginekoloji şöbəsində 11 yaşlı qıza 31 həftəlik hamiləlik diaqnozu qoyulub. Bu barədə xəstəxana İmişli rayon prokuroluğuna müraciət edib. İmişli rayon prokuroluğu araşdırmaya başlayıb. Bu gün Respublika Klinik xəstəxanasında azyaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

.