Azərbaycanda strateji valyuta ehtiyatlarının yaxın illərdə artacağı gözlənilir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda qeyd olunub.

Məlumata görə, ölkənin strateji valyuta ehtiyatları (ARDNF və Mərkəzi Bankın ehtiyatlarının cəmi) 2026-cı ildə 90,4 mlrd. ABŞ dolları təşkil edəcək. Bu göstəricinin 2027-ci ildə 93,0 mlrd. dollara, 2028-ci ildə 93,3 mlrd. dollara, 2029-cu ildə 93,8 mlrd. dollara, 2030-cu ildə 94,0 mlrd. dollara, 2031-ci ildə isə 93,9 mlrd. dollara çatacağı proqnozlaşdırılır.

Hesabata əsasən, Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarının artım trayektoriyası davam edəcək. Belə ki, Fondun ehtiyatlarının 2026-cı ildə 76,1 mlrd. dollardan 2031-ci ildə 84,2 mlrd. dollara yüksələcəyi gözlənilir.

Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının 2026-cı ildə 14,4 mlrd. dollar, 2027-ci ildə 15,1 mlrd. dollar, 2028-ci ildə 14,16 mlrd. dollar, 2029-cu ildə 13,1 mlrd. dollar, 2030-cu ildə 11,7 dollar və 2031-ci ildə 9,66 mlrd. dollar təşkil edəcəyi gözlənilir.

Basel III-ə keçid Azərbaycanda bank sektorunun dayanıqlığını artırıb

Azərbaycanda makroprudensial siyasətin aktiv tətbiqi maliyyə sabitliyinin qorunmasına və iqtisadi məqsədlərin dəstəklənməsinə töhfə verir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirməsində qeyd olunub.

Hesabatda bildirilir ki, Basel III standartlarına mərhələli keçid maliyyə sektorunda və kredit təklifində kəskin pozuntuların qarşısını alıb, eyni zamanda bank sektorunun kapital və likvidlik şoklarına davamlılığını artırıb.

IMF qeyd edir ki, risk əsaslı nəzarət modelinin tətbiqi Azərbaycan Mərkəzi Bankına resurslardan daha səmərəli istifadə etməyə imkan verəcək.

Bununla yanaşı, Fond vurğulayır ki, Mərkəzi Bank gələcəkdə də resursların yetərliliyinə diqqət yetirməlidir. Xüsusilə Basel III-ün ikinci mərhələsi çərçivəsində ayrı-ayrı bankların risklərinin daha dəqiq qiymətləndirilməsi bu məsələnin aktuallığını artırır.

.