
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə dünya iqtisadiyyatının artım proqnozunu 3 %, 2026-cı ildə isə 3,1 % səviyyəsinə yüksəldib ki, bu da aprel qiymətləndirmələrindən müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi çoxdur.
Bu göstəricilər IMF-in "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, proqnozun yüksəldilməsi rüsumların artırılması gözləntisi fonunda iqtisadi aktivliyin daha erkən dövrə keçirilməsini, ABŞ-nin gözlənildiyindən daha aşağı, orta effektli tariflərini, maliyyə şəraitinin yaxşılaşmasını və bunun həm də dolların zəifləməsi səbəbindən baş verməsini, eləcə də bir sıra böyük iqtisadiyyatlarda büdcə stimullaşdırılmasını əks etdirir.
IMF 2025-ci ildə qlobal inflyasiyanın yavaşlayacağını gözləyir
Qlobal inflyasiya 2025-ci ildə 4,2 %-ə, 2026-cı ildə isə 3,6 %-ə qədər azalacaq.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) çərşənbə axşamı dərc edilmiş "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı iyul hesabatında deyilir.
Eyni zamanda, inflyasiya tendensiyalarının ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqləndiyi bildirilir: proqnoza görə, ABŞ-də inflyasiya hədəf səviyyəsindən yüksək olaraq qalacaq, digər böyük iqtisadiyyatlarda isə daha mülayim olacaq.
Qeyd edək ki, ötən il qlobal inflyasiya 5,8 % təşkil edib.
.