
Amerikalı biznesmen İlon Mask bu ilin sonunda Hindistana səfər etməyi planlaşdırdığını açıqlayıb.
Mask bu barədə Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar apardığı məlum olandan bir gün sonra bildirib.
“Bu ilin sonunda Hindistana səfər etməyi səbirsizliklə gözləyirəm!”, - Mask Modinin postunu retvit edərək “X” sosial şəbəkəsində yazıb.
N.Modi, öz növbəsində cümə günü “X” sosial şəbəkəsində texnologiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarıyla bağlı Mask ilə apardığı dialoqdan bəhs edib. Lakin bu danışıqların dəqiq tarixi göstərilməyib.
Xatırladaq ki, Modinin Vaşinqtona səfəri bu ilin fevralında baş tutub.
.