Türkiyə Silahlı Qüvvlərinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ CNNtürk kanalında jurnalist Ahmet Hakana verdiyi müsahibədə sensasion açıqlamalar verib.
Musavat.com-un Türkiyənin "Hürriyet” qəzetinə isinadən verdiyi xəbərə görə, İlkər Başbuğ 15 iyul insidentini hərbi çevriliş olaraq qəbul etmədiyni bildirib.
"Bu Gülən hərəkatının silahlı qiyam hərəkatıdır”, - deyə o hadisəni belə təsbit edib.
Keçmiş baş qərargah rəisi çevrilişin ana sütununun Gülən hərəkatı olduğunu, lakin bu hadisələrdə ümumilikdə 3 qrupun əli olduğunu bildirib.
İlkər Başbuğ hərbi çevriliş cəhdinin arxasındakı siyasi iradənin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ - CİA) olduğunu söyləyib.
Başbuğun fikrincə, ABŞ MKİ-sinin əsl hədəfi FETÖ-dən istifadə edərək Türkiyə Silahlı Qüvvələrini vurmaq olub.
İlkər Başbuğ hərbi çevriliş günü ilə bağlı bir sıra məqamları paylaşıb.
O, hələ cümə axşamı oturduğu rayondakı hərbi hissələrdə hərəkətliliyi müşahidə etdiyni, amma bunun hərbi qiyama çevriləcəyini ağlına gətirmədiyni bildirib.
Başbuğ sıravi əsgərlərin qiyamçı statusuna daxil edilməsinin doğru hesab etmədiyni də sözlərniə əlavə edib.
İstefada olan general olub-bitənlərdən ən çox Milli Kəşfiyyat Təşkilatının (MKT - MİT) məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, 2002 və 2010-cu illər ərzində Silahlı Qüvvələrdə həyata keçirilən təmizləmələr həmişə MİT-in raportlarına əsasən gerçəkləşdirilib.
Başbuğ həmin dövrdə ordudan atılan hərbi kadrların heç birinin FETÖ üzvü olmadığını söyləyib.
İlkər Başbuğ bu dövrdə MİT-in Gülən camaatının mənsubları ilə doldurulduğunu bildirib.
General həmin dövrdə uzaqlaşdırılan hərbçilərin nurçu camaatın digər qolundan, Mehmet Kurdoğlunun heyətindən olduğunu təsdiqləyib.
"Belə çıxır ki, FETÖ rəqib camaatın adamlarını uzaqlaşdırmaqda bizdən istifadə edib”, - qərargah rəisi etiraf edir.
Başbuğ MİT-ə hərbçilərin rəhbərlik etdiyi dövrdə Fətullah Gülən hərəkatı ilə daha effektiv mübarizə aparıldığını, TSK-nın kazarma xaricində hərbçiləri izləmək imkanının olmadığını da söyləyib.
İlkər Başbuğ Fətullah gülən hərəkatının silahlı qüvvələrə 70-ci illərdən sonra sızmağa başladığını söyləyib: "Camaatın əsl güclənməsi Turqut Özal zamanında oldu” deyib və keçmiş baş nazir Nəcməddin Ərbakanın Gülən hərəkatı ilə məsafəli davrandığını da müsahibəsində ifadə edib.
Türk general Gülən camaatı barədə AKP iqtidarını dəfərlərlə xəbərdarlıq etdiyini, "təhdit bu gün bizədir, sabah da sizə gələcək” dediklərini, lakin o vaxtlar iqtidar mənsublarının onlara mövzunu şişirtməməyi məsləhət gördüklərini bildirib.
İlkər Başbuğ Gülən hərəkatının 2011-ci ilin iyulun 3-də danışılmış oyunlar ittihamı ilə Fənərbağça klubunu hədəfə aldıqlarını, lakin klub rəhbərliyinin bu hücum qarşısında duruş gətirərək ayaqda qaldığını ifadə edib.
Onun fikrincə, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan 2012-2016-cı illər arasında Gülən şəbəkəsinə qarşı təkbaşına mübarizə aparıb və bu yolda təkbaşına qalıb.
Başbuğ çevriliş zamanı ordu rəhbərliyini ləng tərpənməkdə günahlandırıb.
Fətullah Gülənin ABŞ tərəfindən təslim edilməsi məsələsinə də toxunan general deyib: "Onu zaman göstərər…, ABŞ Güləni təhvil verməzsə demək ki, ondan istifadə etməyə davam edəcək, edərsə demək ki, istifadə müdddəti bitib”…
İlkər Başbuğ həbs edilən 2-ci ordu komandanı, ordu Adəm Hudutinin FETÖ üzvü olduğuna olduqca şübhə ilə yanaşdığını söyləyib.
Keçmiş qərargah rəisi bütün olub-bitənlərə rəğmən həri məktəblərin bağlanmasının doğru olmayacağını da sözlərinə əlavə edib.
Müsahibədə Başbuğun çevrilişin arxasında 3 qrup olması ilə bağlı söylədikləri də maraqlıdır: 15 iyul çevrilişini planlayan, idarə edən və təşkil edən ana isim Gülən camaatıdır, ikincisi böyük bir ehtimalla öhdəsinə düşəni etməyənlər, gecikənlər və tərəddüdə düşənlərdir, üçüncü qrup isə camaatçı olmamasına rəğmən bundan istifadə etmək istəyən bəzi insanlar ola bilər”.
.
