Gələn ay Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında Azərbaycanın nümayəndə heyətinin rəhbəri müəyyən olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəhbəri Fərid Mansurovdur.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə keçmiş Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov yenicə başa çatmış Tokio Olimpiadasının da şef-de-missionu idi.

.