2023-cü ildə Azərbaycanda nikaha daxil olanların 69,8 faizini gənclər təşkil edib.
Bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,2-dir.
Qeyd edilib ki, ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 14,8 faiz, gənc qadınların xüsusi çəkisi isə 34,3 faiz olub.
.