Gürcüstan Rusiya ilə münaqişənin dinc yolla həllinin tərəfdarıdır.
Bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili BMT Baş Assambleyasının Ukraynada müharibənin ildönümü münasibətilə keçirilən xüsusi sessiyasında çıxışı zamanı deyib.
XİN başçısı qeyd edib ki, münaqişənin dinc yolla həlli Gürcüstanın iki regionunun işğaldan azad edilməsi və xalqlar arasında etimadın bərpası ilə mümkün ola bilər.
Darçiaşvili ölkəsinin Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə dəstəyini ifadə edib.
O, Gürcüstanın Ukraynaada münaqişənin başa çatdırılmasına dair “Sülh Formulası” təşəbbüsünü dəstəklədiyini qeyd edib.
.
