
Bu ilin birinci rübündə ümumilikdə 48 min 701 obyektə baxış keçirilib, açıq məkanda 6 950 reklamın yayımı dayandırılıb.
Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyində (ADRA) açıq məkanda reklam sahəsində görülən işlərin I rüb üçün olan nəticələrə həsr olunan hesabat iclasında məlumat verilib.
Qeyd olunub ki, ilk 3 ayında reklam yayımlamaq üçün Agentliyə 15 min 218 müraciət daxil olub, 85 min 364 reklamın yayımına icazə verilib.
Məlumata görə, hesabat dövründə qeyri-qanuni reklamların sayı əvvəlki rüblərlə müqayisədə azalıb.
.