Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
Müğənninin ailəsindən yenizaman.az-a bildirib ki, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.
Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib.
İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakıda anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub.
Xatırladırıq ki, 73 yaşlı müğənni ürək-damar xəstəliyindən əziyyət çəkirdi.
Son zamanlar keçmiş qulluqçusu ilə aralarında yaranmış münaqişə zəminində media vasitələrində müğənni haqqında müxtəlif yazılar yazılmış, istintaq hərəkətləri aparılmışdı.
.