Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunun yüksək qiymətləndirib.
Bu barədə Prezident İlham Əliyevin Bakıda noyabrın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə bildirilib.
Şarl Mişel Bakıda bu gün start götürən COP29-da iştirak etmək üçün Azərbaycana gəlib.
Dövlət başçısı vurğulayıb ki, məhz Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.
.