"Bu ilin I rübündə ölkədə iqtisadi inkişafın təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla gedib”.
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.
Prezident İlham Əliyev qeyd edib ki, 2017-ci il uğurlu il olacaq.
Dövlət başçısı beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını təəssüflə qeyd edib. O ölkəmizin, təhlükəsizliyimizin təmin etmək məqsədi ilə tədbirlər görüldüyünü deyib.
Bu ilin ilk üç ayı ərzində xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdəki iştirakından danışan Prezident bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. Bu ilin ilk üç ayında Azərbaycana 7 dövlət başçısının səfər etdiyini xatırladan ölkə başçısı bunu dövlətimizə olan hörmətin göstərəcisi kimi qiymətləndirib.
İlham Əliyev qeyd edib ki, bu ilin I rübündə Bakıda keçirilən və 40-dan çox fəaliyyətdə olan sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi V Qlobal Bakı Forumu, ABŞ və Rusiya silahlı qüvvələrinin qərərgah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir.
Bu ilin birinci rübündə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin diqqət mərkəzində oduğunu, Ermənistanın danışıqları dayandırmağa çalışdığını, amma buna nail ola bilməyəciyini deyən Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bir neçə dəfə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir: "ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsiz Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunan ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq onların qeyri-konstruktiv, qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan günü-gündən güclənir və bu məsələnin ədalətli həll olunacağına əminəm. Dağlıq Qarabağda keçirilən qondorma referendumu keçirməklə Ermənistan bir daha özünü biabır edib”.
"Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq".
Azərbaycan Prezidenti qeyd edib.
Dövlət başçısı bildirib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Prezident İlham Əliyev qeyd edib ki, bu gün orda yeni qəsəbələr salınır və ilkin mərhələdə 50 ev tikilib, yeni yolun salınıb, məscid inşa olunur. Dövlət başçısı sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu söyləyib.
Prezident vurğulayıb ki, bu bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidnə quracağını nümayiş etdirir: "Bununla yanaşı, bu bir daha göstərir ki, 20 ildən çoxdur öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar".
"Azərbaycanın daha bir uğuru Dağlıq Qarabağa qanunsuz səfər edən və xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsi idi".
İlham Əliyev öz növbəsində Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu həm Azərbaycanın qanunlarını kobud şəkildə pozan şəxsə, həm də onu kimilərə dərs oldu.
"Azərbaycanın valyta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur".
Bunu da İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı 2017-ci ilin ilk aylarının yaxşı nəticələrlə yekunlaşdığını bildirib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsinin önəmli məsələlərdən biri adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə süni qiymət artımına yol verilməməlidir.
Dövlət büdcəsinin icrasının uğurla getdiyini, builki investisiya proqramının tam şəkildə icra edilməsinin vacibliyini, ölkə üçün ən lazımlı olan layihələrə vəsaitin ayrıldığını, maliyyə vəziyyətimizin yaxşı olduğunu bildirən dövlət başçısı Azərbaycanın valyta ehtiyatlarının xarici borcundan 5 dəfədən çox olduğunu söyləyib və bunu yaxşı nəticə adlandırıb.
Prezident diqqətə çatdırıb ki, bu il inşaaat sektorunda canlanma müşahidə edilir. Bu isə ötən il görülən işlərin, qəbul edilən qərarların nəticəsidir: "Bakıda 300-dən çox hündür mərtəbəli bina tikilir və minlərlə yeni iş yerləri yaradılır".
