Prezident İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub. 

AzNews.az xəbər verir ki, noyabrın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub. 

"Azərbaycan Belarusla bütün sahələrdə əməkdaşlığı fəal şəkildə davam etdirmək əzmindədir”.
 
APA-nın "Belta”ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Bakıda keçirdiyi görüş zamanı bildirib.
 
O qeyd edib ki, iki ölkə rəhbərləri arasında keçirilən görüşlər mütəmadi xarakter daşıyır: "Bu o deməkdir ki, ölkələrimiz arasında ən böyük dostluq və qardaşlıq münasibətləri mövcuddur”.

"Azərbaycan ən yaxın dostu kimi hər zaman Belarusa arxalana bilər".
 
APA-nın "Belta”ya istinadən verdiyi məlumata görə, bunu isə Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevlə təkbətək görüşündə deyib.
 
Onun sözlərinə görə, Belarus hər zaman Azərbaycan üçün faydalı olan hər şeyi edəcək: "Bizim imkanlarımızı siz yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Bizim aramızda qapalı mövzu yoxdur. Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik və edəcəyik. Biz öz əməkdaşlığımızla heç kəsə zərər vermirik, fəaliyyətimizə aid ən aktual məsələlərinin müzakirəsi zamanı açığıq, gələcəkdə də açıq olacağıq”. 
.