Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gedib.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.
Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında da iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Oktyabrın 22-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi də istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.
