![](/uploads/img/posts/2024/01/26/e34e2107-55d9-324c-8c73-101e5b2354fe_850jpg-1706253431.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib.
Mətndə deyilir:
"Hörmətli cənab General-Qubernator,
Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram".
.