Prezident İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.

Dövlətimizin başçısı mərkəzin açılışını edib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

Prezident Ağcabədidə taxıl biçininə başlanması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ağcabədidə dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib

İyunun 3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına müəssisə barədə məlumat verib.

.