"Eyni zamanda sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də, hesab edirəm ki, zəruridir"
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
"O cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dəfələrlə biz bunu sübut etmişik", - dövlət başçısı vurğulayıb.
Prezident: "Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur"
"Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur. Eyni zamanda sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəyinki çağırış, sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir?! Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət və dövlət bunu edib".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.
"Ona görə həm xəstəliyə qarşı mübarizədə, həm iqtisadi fəallığın təmin edilməsi, eyni zamanda sosial məsələlərin həlli hər bir vətəndaşın problemlərinin dəf edilməsi və köməklik göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir. Eyni zamanda Azərbaycan vətəndaşlarına, hesab edirəm ki, ən gözəl xidmət olacaq".
Dövlət başçısı: "Əsas məqsəd pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır"
"Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi-sosial və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək. Eyni zamanda həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib.
"Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Və, əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcə məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. Və insanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir də demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Buna biz, ilk növbədə, nail olmalıyıq. Və bir də demək istəyirəm ki, burada əsas faktor vətəndaşların məsuliyyətidir", - dövlət başçısı deyib.
.
